Day, Month 00, Year
00: 00: 00 AM
“İmprotex”dən bir ilk: Tam şəkildə Azərbaycanda istehsal olunmuş maşınlar təqdim edildi - FOTO

Bir illik fasilədən sonra yenidən qapılarını Azərbaycan fermerlərinə açan “Caspian Agro 2021” sərgisində Azərbaycan iqtisadiyyatında aktiv rol oynayan “İmprotex” Şirkətlər Qrupuna daxil “İmprotex İndustries” və kənd təsərrüfatı texnikalarının satışı ilə məşğul olan “İmagro” şirkətləri uğurla iştirak edirlər.
2013-cü ildə fəaliyyətə başlamış, Qafqaz Regionunda qabaqcıl metal konstruksiya və yük maşını üst qurğularını, həmçinin kənd təsərrüfatı qoşqularını istehsal edən “İmprotex İndustries” MMC müasir və yüksək texniki avadanlıqlar ilə təchiz olunub. Bu müəssisənin istifadəyə verilməsi Azərbaycan daxilində reallaşdırılan bir sıra strateji layihələrin metal-konstruksiya təchizatında idxalın əmsalını azaltmağa imkan verib.
Şirkət ilk dəfə olaraq sərgidə tam şəkildə Azərbaycanda istehsal olunmuş tullantıların daşınması üçün nəzərdə tutulan müxtəlif həcmli yük maşınını və yanğın söndürmə maşınlarını təqdim edib. Eyni zamanda müəssisənin texnoloji imkanları əsasında ən mütərəqqi Avropa texnlogiyalarına əsaslanan, yanacaq çənləri, müxtəlif qoşqular təqdim edilir.
Eyni zamanda Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə icra edilməsi planlaşdırılan layihələrdə “İmprotex İndustries” MMC-nin texnoloji potensialı biznes tətəfdaşları üçün təqdim edilir.
Qeyd edək ki, “İmagro” Azərbaycan aqrar sektoruna dünyanın ən innovativ texnikalarını təklif edir. “İmagro” şirkəti davamlı şəkildə bazar araşdırmaları edərək dünyanın ən innovativ texnologiyasının ölkəyə gətirilməsi və yerli fermerlərə təqdim olunması ilə aqrar sahədə keyfiyyət dəyişikliklərinə səbəb olmaqdadır.
“İmprotex” şirkətlər qrupuna daxil olan və Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək göstərən “İmagro” MMC 2019-cu ildən aqrar texnika bazarına daxil olub və “Caspian Agro” şərgisində artıq 2-ci dəfədir təmsil edilir. Qısa müddət ərzində həyata keçirilən uğurlu biznes siyasəti nəticəsində “İmagro”şirkəti, bu gün 10 yaxın qlobal brendin Azərbaycanda yeganə təmsilçisidir. “Massey Ferguson”, “Horsh”, “GreatPlain”, “Farmet”, “Celli”, “Rinieri”, “İDEAL”, “Alpego”, “Moro Aratri”, “Side-Roll”, “Hattat” və.s brendlərin texnikalarını Azərbaycan fermerləri “İmagro” şirkətinə müraciət edərək 40 % dövlət subsidiyası ilə lizinqlə əldə edə bilərlər.
Xatırladaq ki, “İmagro” şirkətinin təklif etdiyi texnikalar qiymət baxımından rəqiblərə nisbətən fermerlərə daha əl çatandır. 








Tarix: 18-06-2021, 18:16 Oxunub: 272


Bölməyə aid digər xəbərlər