Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Təhsil kreditləri nə qədər olacaq? - 8200 manatdan...

Baxış: 383
Azərbaycan Prezidentinin imzaladığı fərmanla ölkəmizdə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fond Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək. 
Sahibkartv.az bildirir ki, Fondun nizamnamə kapitalının məbləği 80 milyon manatdır. Fondun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası bir ay müddətində təsdiq edilməlidir.  

Fərmanda qeyd edilir ki, təhsil tələbə kreditinin məbləği və faiz dərəcəsi Nazirlər Kabineti ilə razılaşdırmaqla müəyyən ediləcək. Kreditlər standart və sosial xarakterli olacaq. Məbləğ və faiz dərəcəsi kreditlərin standart və sosial olmasına görə fərqləndiriləcək. 

Bununla belə kreditlərin maksimum məbləğinin yuxarı həddi hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə təsdiq edilən ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləğindən çox olmayacaq. 

Qeyd edək ki, "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarına əsasən, hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı bir tələbə üzrə 1710 manatdan 8200 manata qədərdir. Bu halda Fərmanın tələbinə uyğun olaraq kredit məbləği 8200 manatı ötməyəcək. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.