Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan-İran sərhədində silahlı insident: Cinayətkar zərərsizləşdirildi

Baxış: 554
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar nə­ti­cəsində cari ilin 14 iyun tarixində ümumi çəkisi 154 kiloqram 500 qram narkotik və psixotrop vasitələrə bənzər maddələrin İran İslam Res­pub­lika­sından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-nin Mətbuat Mərkəzindən bildirilib ki, iyunun 14-ü saat 03:00 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonu Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içə­risində 1 nəfər olan “Ford” markalı 99-ZL-240 dövlət nömrə nişanlı avto­mobilin əraziyə ya­xın­laş­ması, avtomo­bil­dəki şəxsin düşərək özünü şübhəli aparması sər­həd narya­dı­nın diqqətini cəlb edib.
Şübhəli şəxs sərhəd nar­yadının “Dayan” əmrinə tabe olmayaraq əra­zidən uzaqlaşmağa cəhd göstərib, onun avtomobili təqib olunaraq Cəb­ra­yıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində saxlanılıb. Ağstafa ra­yon sakini, 1993-cü il təvəllüdlü Musayev Samir Nəcəf oğlu olması müəyyən­ləşdirilmiş şəxsin idarə etdiyi avtomobilə baxış keçirilərkən 5 ədəd idman çantasının içərisində təxmini çəkisi 111 kiloqram 900 qram narkotik və psixotrop vasitəyə (70 kiloqram 120 qram heroin, 12 kiloqram 100 qram marixuana, 12 kiloqram 30 qram metamfetamin, 300 qram tiryək, 17 kiloqram 350 qram 4060 ədəd Metadon M-40 həbi və 2 ədəd 200 ml şüşədə narkotik tərkibli maye) bənzər maddələr aşkar olunaraq götürülüb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.