Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

DİN azarkeşlərə müraciət edib

Baxış: 383
Daxili İşlər Nazirliyi (DİN) bu gün futbol üzrə Avropa çempionatının Bakıdakı ilk oyunun keçirilməsi ilə bağlı azarkeşlərə müraciət edib.
Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev "Real" TV-yə açıqlamasında bildirib ki, azarkeşlər stadiona yalnız açıq vəziyyətdə, plastik qablarda 100 ml-yə qədər su apara bilərlər.
DİN rəsmisi deyib ki, hansısa bir əşyanın, protexniki vasitələrin, şüşə qab və əşyaların stadiona aparılması qadağandır: “Əgər azarkeşlər həmin əşyalarla stadion ərazisinə daxil olmaq istəsələr, mühafizə və təhlüksəzlik koridorlarında əllərindən alınacaq. Nəzərə alsınlar ki, stadion daxilində 35-ə qədər müxtəlif ictimai iaşə obyekti fəaliyyət göstərir. Azarkeşlərin, iştirakçıların hər hansı bir qida təminatı və digər hallarla bağlı zəruri ehtiyacları olan məhsullar həmin obyektlərdə satılır. Həmin obyektlərdə bütün zəruri olan məhsullar var”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.