Day, Month 00, Year
00: 00: 00 AM
"Peyvənd pasportu" Avropa Parlamentindən keçdi

Avropa Parlamenti, Avropa Birliyi (AB) daxilində sərbəst səyahətin başlaması üçün peyvənd pasportunu təsdiqləyib.
Son addım olaraq pasportun AB-ə üzv ölkələrin hökumətləri tərəfindən də təsdiqlənməsi lazımdır.
Əgər bütün hökumətlər pasportu təsdiqləsə 27 AB üzvü olan ölkə arasında sərbəst səyahət 1 İyuldan etibarən başlayacaq.
Avropa Dərman Agentliyi indiyədək Pfier/BionTech, Moderna, AstraZeneca və Janssen-in peyvəndlərini istifadə üçün təsdiqləyib.
Mart ayında gündəmə gələn tənzimləməyə görə, AB Komissiyasının "Elektron Yaşıl Sertifikat" adını verdiyi, "peyvənd pasportu" və ya "Kovid kartı" olaraq da bilinən sənəd kağız və ya elektron olaraq hazırlanacaq. Ayrı-seçkilikçiliyin önlənməsi məqsədilə peyvənd olmayan şəxslər də sertifikata sahib ola biləcək.
AB ölkələrində yaşayanlara ödənişsiz veriləcək sertifikatda bir QR kodu olacaq. Bu kod ilə sertifikatın həqiqəti və təhlükəsizliyi təmin ediləcək.
Bu sertifikata sahib olanlara səyahətlərdə nə növ məhdudiyyətlərin ləğv ediləcəyinə AB ölkələri özləri qərar verəcək. Sertifikatın beynəlxalq qarşılıqlı tanınması üçün də işlər görüləcək. 
Bir üzv ölkə sertifikatı olanlara karantin və ya test kimi tətbiqlərə davam etsə bu vəziyyəti AB Komissiyasına və digər üzv ölkələrə bildirmək və səbəblərini izah etmək məcburiyyətində olacaq.
Peyvənd sertifikatı bütün AB ölkələrilə bərabər İslandiya, Lixtenşteyin, Norveç və İsveçrədə də etibarlı olacaq. 
Sertifikatı Avropa Birliyinə üçüncü ölkələrdən səyahət edəcək şəxslərin də alması mümkün olacaq. AB ölkələrinə getmək istəyən bir adam, gedəcəyi ölkəyə lazımlı sənədlərini təqdim etdikdən sonra peyvənd sertifikatı tələb edə biləcək. Sənədləri qiymətləndirən ölkənin sertifikatı verib verməməyə səlahiyyətli olacaq.


Tarix: 9-06-2021, 11:51 Oxunub: 234


Bölməyə aid digər xəbərlər