Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

"YAŞAT" Marafonu çərçivəsində 1 milyon manatdan artıq vəsait toplanıb

Baxış: 314
Aprelin 29-dan start götürən YAŞAT” marafonu 1 aya yaxın davam edib. Marafon Diasporla İş üzrə Dövlət Komitəsi və Diaspor Fondunun dəstəyi və “YAŞAT” Fondunun təşəbbüsü ilə keçirilib
Bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov "YAŞAT" Marafonunun başa çatması ilə əlaqədar mətbuat konfransında deyib.
"Marafonun məqsədi ondan ibarətdir ki, dünyanın dörd bir yanında yaşayan azərbaycanlıları dəmir yumruq kimi birləşdirərək qələbəni bizə yaşadanları birlikdə yaşadaq.
25 may tarixində marafon videoyayım formatında Azərbaycan Televiziyasında (AzTV) nümayiş etdirilib. Yayım zamanı müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizlə və tanınmış şəxslərlə bağlantılar təşkil edilib, şəhidlərimizin ailələri, Vətən müharibəsi qəhrəmanları və yaralananlarımız çıxış ediblər. Yayım zamanı marafonda iştirak üçün xaricdən 45 çağırış səsləndirilib, 11 skype bağlantısı reallaşıb. Eyni zamanda “YAŞAT” Fondu tərəfindən qısa müddətdə görülən işlər və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti barədə hesabatlar təqdim olunub", - o, əlavə edib.
E.Hüseynov bildirib ki, marafona start verildiyi 29 aprel tarixindən bu günə qədər 1 000 000 manatdan artıq vəsait toplanıb

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.