Day, Month 00, Year
00: 00: 00 AM
"Fortis Group" şirkəti 2-ci Qarabağ müharibəsi iştirakçısına yeni - MƏNZİL HƏDİYYƏ ETDİ

"Fortis Group" şirkəti tərəfindən Vətənin ərazi bütövlüyü uğrunda gedən II Qarabağ müharibəsi iştirakçısına yeni mənzil hədiyyə edilib.
Şirkətdən  verilən məlumata görə, Ağsu şəhəri, Ərəbmehdibəyli kənd sakini Dəmirov Əkbər və ailəsinə ev hədiyyə olunub. Dəmirovlar ailəsinin yaşadıqları ev yararsız halda olduğu üçün “Fortis Group” tərəfindən Ağsu şəhərində tam əşyalı, yeni ev ilə təmin olunublar.
Dəmirov Əkbər Vətən müharibəsi iştirakçısı olmuşdur.
“Fortis Group”un İdarə Heyətinin sədri Elşad Bayramov sosial layihələrin davamlı olacağını bildirir və digər şirkətləri də sosial layihələrdə aktiv iştirak etməyə dəvət edir.
Qeyd edək ki, “Fortis Group” bundan əvvəl də bir çox sosial layihəni həyata keçirib. Ən böyük sosial layihələrindən biri olan “Fortis Academy”də “Təhsilin inşasına dəstək” devizi altında şəhid, qazi və sosial təminatı zəif olan ailələrin 9,10 və 11-ci sinifdə oxuyan övladları üçün tam ödənişsiz abituriyent hazırlığı keçirilir. Hal-hazırda “Fortis Academy”də 180 nəfərə yaxın şagird təhsil alır.



Tarix: 4-05-2021, 21:05 Oxunub: 357


Bölməyə aid digər xəbərlər