Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Vətən müharibəsi şəhidinin ikinci övladı dünyaya gəldi

Baxış: 334
Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Əliyev Azər Dilafət oğlunun övladı dünyaya gəlib. Yeni doğulan körpəyə atasının istəyinə uyğun olaraq Əli adı verilib.
Azər Əliyevin yeni doğulan övladı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından ailə üzvləri, rayon icra hakimiyyətinin əməkdaşları, “YAŞAT” Fondunun nümayəndələri, şəhidin hərbçi yoldaşlarının iştirakı ilə evə yola salınıb. Əli şəhidin ikinci övladıdır. 
Qeyd edək ki, şəhid Azər Əliyev Ağcabədinin Yuxarı Qiyaməddinli kəndində doğulub. O, Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 15-də Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Uzun müddət koma vəziyyətində qalan Azər 2021-ci il yanvarın 28-də şəhidlik zirvəsinə ucalıb.









Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.