Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

MİQ üzrə imtahanların vaxtı və yeri dəyişdirildi

Baxış: 245
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə faktiki yaşayış yerini Mingəçevir, Naftalan, Yevlax şəhəri, Goranboy və Ağdaş rayonu qeyd etmiş namizədlər üçün test imtahanı mərhələsinin Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçirilməsi nəzərdə tutulmuşdu.
İyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş namizədlərin imtahan məkanı və saatlarında dəyişiklik edilib.
Bu barədə Sahibkartv.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlərin imtahan verəcəyi yeni məkan və saatla bağlı müvafiq məlumatlar onların şəxsi səhifələrinə göndərilib. Namizədlərdən şəxsi səhifələrinə daxil olaraq yenilənmiş məlumatlarla tanış ola bilərlər.
Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində iştirak üçün 59 min 153 namizədə dəvət göndərilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.