Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR

Baxış: 180
Sentyabrın 15-i Bakıda nəqliyyat İMTAHANI: Avtobus gözləyən insanların səbri daşdı - FOTOLAR


Bu gün, sentyabrın 15-də Azərbaycanda yeni tədris ili başlayıb. Ali təhsil müəssisələri və orta məktəblərdə dərslərin başlaması paytaxt Bakının nəqliyyat sistemini də ciddi sınaq qarşısında qoyub. Səhər saatlarından etibarən paytaxtın müxtəlif ərazilərində nəqliyyat sıxlığı, avtobusların gecikməsi ilə bağlı narazılıqlar səngimək bilmir.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, “Gənclik” metrostansiyasının yaxınlığındakı avtobus dayanacağında insanlar artıq 40 dəqiqədir avtobus gözləyirlər.

Dayanacaqda tələbələr, işə gedənlər və digər sərnişinlərdən ibarət böyük izdiham yaranıb. Sərnişinlərin ümumi narazılığı isə eynidir: avtobuslar ya gecikir, ya da ümumiyyətlə görünmür.

“40 dəqiqədir gözləyirəm, artıq dərsimə gecikirəm”, – deyə bir tələbə gileylənib.

“Metroda basa-bas olsa da, heç olmasa qatarlar gəlir”, deyə işə gecikən digər paytaxt sakini giley-güzar edir.

Paytaxtın metro stansiyalarında da səhər saatlarında sıxlıq müşahidə olunur. Xüsusilə “Gənclik” stansiyasında sərnişinlərin qatarlara minməsi çətinləşib.

Bununla belə, sərnişinlər metro ilə avtobus xidməti arasındakı fərqə diqqət çəkirlər:

“Metroda nə qədər basa-bas olsa da, heç olmasa qatarların gəldiyini görürük. Amma avtobus ümumiyyətlə yoxdur”.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.