Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək

Baxış: 703
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib.
Görüş Nyu-Yorkda baş tutan BMT Baş Assambleyası çərçivəsində baş tutub.
Görüşdə tərəflər Tehranda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin toplantısının keçirilməsinə dair razılıq əldə ediblər.
Öz növbəsində Türkiyə xarici işlər naziri, İrana qarşı tətbiq edilən bütün sanksiyaların ləğv edilməli olduğunu söyləyib.
Mövlud Çavuşoğlu həmçinin iranlı həmkarı ilə Əfqanıstanda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıb.
Tərəflər Əfqanıstandakı böhranlı vəziyyətlə əlaqədar davamlı məsləhətləşmələr aparmağa dair razılıq əldə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.