13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsinə həsr olunmuş “Zəfər Salnaməsi” hazırlanıb.
Kitab Azərbaycan Respublikası Prezidentinin ön sözü ilə başlayır.
“Zəfər Salnaməsi”nin mərkəzi ideyası Vətən müharibəsinin gedişini, həmin ərəfədə baş verən prosesləri, müharibədən sonrakı qayıdışı günbəgün xronika formatında izləməkdir. Kitabı oxuyarkən zəfərin əsas formulu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dönməz siyasi iradəsi, proseslərə strateji baxışı və sistemli yanaşması, son 17 ildə yürütdüyü daxili və xarici siyasət, ölkənin illər ərzində toplanmış iqtisadi gücünün siyasi, diplomatik və hərbi gücə transformasiyası, erməni işğalı ilə barışmayan xalqımızın və yetişmiş gənc nəslin torpaqlarımızı azad etmək əzmi, Prezident-xalq-ordu birliyinin vahid dəmir yumruqda birləşməsini görürük.
Son illər baş vermiş hadisələr, proseslərin intensivliyi və mahiyyəti Azərbaycan Prezidentinin bütün fəaliyyətinin məhz torpaqların işğaldan azad olunmasına yönəldiyini bir daha nümayiş etdirir.
Proseslərin gedişini və ardıcıllığını daha müfəssəl təqdim etmək üçün kitab üç hissəyə bölünüb.
“Ərəfə” adlanan birinci hissə 2016-cı il aprel döyüşlərindən 2020-ci ilin sentyabrınadək olan dövrü əhatə edir, bu müddət ərzində Azərbaycanın şanlı qələbəsinə aparan addımlar təsvir edilir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordunun möhkəmləndirilməsi, ölkənin iqtisadi gücünün daha da artırılması, beynəlxalq səviyyədə Azərbaycanın haqlı mövqeyinin ortaya qoyulması istiqamətində atdığı ardıcıl və davamlı addımlar əks olunur.
“Vətən müharibəsi” adlı ikinci hissə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində, həm də informasiya məkanında Azərbaycanı qələbəyə aparan mübarizə əks olunur. Burada Ali Baş Komandanın dünya liderləri ilə danışıqlar zamanı, xarici media nümayəndələrinə verilən müsahibələrdə prinsipial mövqeyi, Azərbaycanı 44 gün ərzində qələbəyə aparan yol təsvir olunur.
Sonuncu, “Qayıdış” adlı hissədə isə 30 illik işğalın real nəticələri işıqlandırılır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarında həyata keçirilmiş urbisid, ekosid, mədəniyyət və dini abidələrin məhv edilməsi və digər qanunsuz əməllərin nəticələri təqdim olunur. Bakının Azadlıq meydanında qələbəyə həsr olunmuş Zəfər paradına xüsusi yer ayrılır, habelə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin qısa müddət ərzində start verdiyi quruculuq və bərpa işləri barədə məlumat təqdim edilir.
“Zəfər salnaməsi” xronika formatında olduğu üçün böyük qayıdışla bağlı nəşrin davamı nəzərdə tutulur.
Daxili və xarici oxucu auditoriyasını əhatə etmək üçün xronika üç dildə - Azərbaycan, İngilis və Rus dillərində tərtib edilib.
Burada “IRS Publishing House”, Müdafiə Nazirliyi və AZƏRTAC-ın çəkdiyi fotoşəkillərdən, Ekologiya və təbii sərvətlər nazirliyi “Geodeziya və Kartoqrafiya” MMC-nin xəritələrindən istifadə olunub.
Kitab Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və “IRS Publishing House”un birgə səyləri ilə hazırlanıb, “IRS Publishing House” tərəfindən nəşr edilib, PAŞA Həyat Sığorta ASC nəşrə yaxından dəstək göstərib.
Bölməyə aid digər xəbərlər