Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA

Baxış: 198
Azərbaycan və Ermənistan liderlərinin son görüşü ilə bağlı VACİB AÇIQLAMA


Azərbaycan regionumuzda davamlı sülhün bərqərar olması və möhkəmləndirilməsi üçün əlavə səylər göstərməkdə davam edəcək.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzini ziyarət edən diplomatik korpusa müraciətində deyib.

“Biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik. Anladıq ki, sülh şəraitində yaşamaq – sözlərlə izah edilə bilməyəcək qədər böyük bir hissdir. Sülh həm də yerlərdə aparılan yenidənqurma və bərpa işlərindən başlayır. Sülh yalnız qarşıdurmanın olmaması demək deyil. Sülh həm də sülh quruculuğu, yenidənqurma və bərpa prosesinə inam və etimadın formalaşdırılması deməkdir.

Mən həmçinin şadam ki, Ermənistan və Azərbaycan liderlərinin son görüşü çox konstruktiv atmosferdə keçib. Hər iki tərəf sülh gündəliyimizi daha da irəli aparmaq və iki ölkə arasında etimadı gücləndirmək, eləcə də ticarət əlaqələrini, o cümlədən iki ölkə və daha geniş region arasında bağlantı və nəqliyyat əlaqələrini inkişaf etdirmək məqsədilə ikitərəfli qarşılıqlı fəaliyyətə başlamaq barədə razılığa gəlib”, - Hikmət Hacıyev qeyd edib.

O, bununla yanaşı, üçtərəfli konsepsiyanın inkişafı ilə bağlı müsbət əlamətlərin olmasından da məmnun olduğunu bildirib və bu layihənin həyata keçirilməsinə tam sadiqlik nümayiş etdirdikləri üçün amerikalı tərəfdaşlara minnətdarlığını ifadə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.