Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Britaniya səfiri: “Azərbaycanla müdafiə əməkdaşlığımız...”

Baxış: 117
Britaniya səfiri: “Azərbaycanla müdafiə əməkdaşlığımız...”

"Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində də dəyərli tərəfdaşdır və bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb. Azərbaycanın öz potensialını dəstəkləyərkən Birləşmiş Krallığın müdafiə sahəsində təcrübəsindən yararlanacaq təlim, daha sıx müdafiə əlaqələri və əməkdaşlıq imkanları vasitəsilə müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyirik".

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman avqustun 21-də keçirdiyi mətbuat konfransında deyib.

Səfir Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində də Böyük Britaniyanın dəyərli tərəfdaşı olduğunu bildirib:

"Birləşmiş Krallıq Azərbaycanda minaların təmizlənməsi fəaliyyətinə dəstək verən ilk beynəlxalq tərəfdaşlardan biri olmaqdan qürur duyur və keçmiş məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasını təmin etmək üçün bu dəstəyi davam etdirməyi səbirsizliklə gözləyirik".

Dankan Norman qeyd edib ki, iki ölkənin hüquq-mühafizə orqanları arasında da əməkdaşlıq davam edir:

"Biz narkotik qaçaqmalçılığı, qanunsuz miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə birgə çalışırıq. Birləşmiş Krallıq öz təcrübəsini bölüşməkdən qürur duyur, eyni zamanda Azərbaycan hüquq-mühafizə orqanlarının geniş təcrübəsindən və imkanlarından yararlanaraq hər iki ölkənin daha sıx əməkdaşlıqdan faydalanmasını təmin edir".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.