Milli Məclisin iclasında deputat Zahid Oruc Azərbaycanın Hərbi Doktrinasının dəyişdirilməsinin vacibliyini vurğulayıb. Sahibkartv.Az-ın müxbiri xəbər verir ki, o, Azərbaycanın Vətən müharibəsindəki qələbədən sonra müdafiə qabiliyyətini yüksəltdiyini bildirib.
“Hərbi Doktrinaya qələbə ilə bağlı məqamlar da salınmalıdır”, - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın Hərbi Doktrinaslı 2010-cu ilin 8 iyununda qəbul edilib.




































