Hindistan parlamenti Bakı və Ankaraya qarşı
Tarix: 11-07-2025, 10:24
/
Baxış: 257
Nyu-Dehliyə qondarma “erməni soyqırımı”nı tanıması üçün çağırışlar edilir
Son aylar Hindistanda Azərbaycana qarşı kampaniya başladılıb. Buna səbəb kimi Azərbaycanın məlum gərginlik fonunda Pakistana verdiyi siyasi dəstək göstərilir. Hindistan rəsmiləri ölkəmizə səfər etməməyə və Azərbaycan mallarını almamağa çağırış ediblər. Qeyd edək ki, ilin əvvəlindən Azərbaycana gələn turist sayına görə Hindistan 2-ci yerdə olub.
Məlumdur ki, son zamanlar Hindistanla Ermənistan arasında isti münasibətlər var. Belə ki, Hindistan Ermənistanı silahla təmin edir. Hindistanın Ermənistanla yaxın əlaqələr qurmaqda əsas marağı Cənubi Qafqazın geosiyasi konyukturunda öz yerini almaqdır. Belə ki, İkinci Qarabağ müharibəsinə qədər ikitərəfli gündəmi əsasən ticarət və inkişaf məsələləri təşkil edirdisə, postmüharibə dövründə bu gündəm müdafiə sahəsində əməkdaşlıq daxil olmaqla, bir çox istiqamət üzrə aktivləşdi. Ermənistanla müttəfiq olmaqla və belə həlledici anda onu silah-sursatla təchiz etməklə Hindistan Fransa kimi regionda silahlanma yarışını gücləndirən dövlətlərin cərgəsinə qoşulub. Bu addımlar Azərbaycan tərəfindən sərt şəkildə qınanılır və regional sülhə təhdid kimi qiymətləndirilir.
Ermənilər uzun illərdir tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirərək ondan siyasi məqsədlər üçün istifadə edirlər. Qeyd etdiyimiz kimi, Ermənistan uydurma soyqırımla bağlı dünyaya çağırışlar edir, ölkələləri inandırmağa çalışır. Nikol Paşinyan da bu ilin əvvəlində İsveçrədə “erməni soyqırımının” tarixdən çıxarılıb siyasətə çevrildiyini, bunun sovetlərin (və Rusiyanın) əlində bir alət olduğunu bəyan etdi.
Məlumata görə, Hindistan qondarma “erməni soyqırımı”nı tanıya bilər. Bakı-xeber.com-un xəbərinə görə, Ermənistanla Hindistan arasında artan əlaqələr fonunda Nyu-Dehliyə qondarma “erməni soyqırımı”nı tanıması üçün çağırışlar edilir. Bu barədə Hindistan jurnalı “The Week” yazıb. Maraqlıdır, Hindistan qondarma “erməni soyqırımı”nı tanıya blərmi? Ümumiyyətlə, bu, rəsmi İrəvana lazımdırmı?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Pakistanın Azərbaycanın strateji müttəfiqi olması Hindistanı həmişə narazı salıb və ölkəmizlə münasibətlərinə də müəyyən təsirlər göstərib: “Ancaq təbii ki, Hindistan narazı qalır deyə Azərbaycan heç zaman qardaş Pakistan dövləti ilə müttəfiqlik münasibətlərini azaldası deyil. Münasibətlər get-gedə daha da inkişaf etdirilir. Hindistan-Pakistan qarşıdurmasında da biz əslində beynəlxalq hüquqa dəstək verdiyimizi nümayiş etdirdik. O mənada ki, beynəlxalq hüquq Kəşmirlə bağlı nəyi diktə edirsə, Azərbaycan o mövqedən çıxış edib. Ola bilsin bu, Hindistanda müəyyən dairələri narahat etdi və buna görə də Azərbaycan əleyhinə kampaniya aparmağa başladılar. Hətta hansısa Hindistan turizm şirkəti ölkə vətəndaşlarına Azərbaycana səfər etməmək çağırışı etdi. Amma bu cür çağırışın heç bir ciddi nəticəsi olmadı. Hindistandan həmişəki kimi kifayət qədər çox sayda turist Azərbaycana səfərə gəlib. Hindistan yenə də turistlərin sayına görə Azərbaycana səfər edən xarici ölkələr sırasında ikinci yerə sahibdir. Amma indi Hindistanda hansısa dairələr yenidən Azərbaycan əleyhinə təbliğata start veribsə, bu, Hindistan-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər. Azərbaycan bunun tərəfdarı deyil. Pakistanla strateji müttəfiqliyimiz var, amma Hindistanla da Qoşulmama Hərəkatında bir yerdəyik. Azərbaycan Hindistanla münasibətlərin gərginləşməsində maraqlı deyil. Baxmayaraq ki, Azərbaycan Hindistanın Ermənistana hərbi texnika satmasından narazıdır və buna etiraz edir”.
Elxan Şahinoğlu vurğuladı ki, Hindistanın “erməni soyqırımı”nı tanıması əslində Hindistanın özünün, eləcə də Ermənistanın zərərinə işləyə bilər: “Onsuz da indi Ermənistanın baş naziri Nikol Paşinyan belə, soyqırımı məsələsinin gündəmə gətirilməsinin əleyhinədir və Azərbaycanla danışıqlar, Türkiyə ilə əlaqələr qurulmasına cəhdlər gedir, Azərbaycanla sülh sazişi imzalanması perspektivi var. Belə bir məqamda Hindistanın "erməni soyqırımı"nı tanıması Ermənistana və şəxsən Nikol Paşinyana “ayı xidməti” olar. Ona görə hesab etmirəm ki, indiki vəziyyətdə Ermənistan dövlət səviyyəsində Hindistana “erməni soyqırımı”nı tanımaq üçün müraciət edəcək və Hindistan da bu istiqamətdə addım atacaq. Ermənistanda revanşist dairələr, Daşnaksütyun və onlara bağlı olan diaspora təşkilatları Hindistandan bunu istəyə bilərlər, lakin bu demək deyil ki, istəkləri yerinə yetiriləcək. Hindistanın dövlət maraqları, iqtisadi maraqları belə bir addımın atılmasını inkar edir".
Politoloq Azad Məsiyev də hesab edir ki, Hindistanın Azərbaycana və Türkiyəyə soyuq münasibətində Pakistan faktorunun da təsiri mövcuddur. Ancaq təbii ki, Hindistan bundan narazı olduğu üçün Azərbaycan və Türkiyə qardaş Pakistanla əlaqələrini arxa plana keçirməz: “Hindistanın narazı qalmasından Ermənistan, xüsusilə erməni diasporu, Hindistanla ticarət əlaqələri olan erməni iş adamları yararlanmağa həmişə çalışırlar. Son zamanlar isə onlar yaranmış vəziyyəti özlərinin planlarını həyata keçirmək üçün fürsət bilib addımlar atırlar. Məhz bu cür dairələr Hindistan mediasına təsir göstərərək "erməni soyıqırımı"nın tanınması, Azərbaycana Hindistandan turistlərin getməməsi çağırışları etdirirlər. Ancaq hesab edirəm ki, bu çağırışların nəticəsi olmayacaq. Hindistan böyük dövlətdir və bu dövlət bir qrup erməninin istəyi ilə hərəkət etməz. Azərbaycanla Hindistan arasında ticarət əlaqələri yaxşı səviyyədə qalır, turistlərin sayında azalma müşahidə olunmur. Bu və digər reallıqlar onu deməyə əsas verir ki, Hindistanda ermənilərə daha yaxın dairələrin və media orqanlarının cəhdləri nəticə vermir, edilən çağırışlara dövlət səviyyəsində müsbət reaksiya yoxdur".
Digər xəbərlər
Xəbər lenti
14:00
10-01-2026
10-01-2026
13:22
10-01-2026
10-01-2026
13:00
10-01-2026
10-01-2026
12:44
10-01-2026
10-01-2026
12:17
10-01-2026
10-01-2026
12:00
10-01-2026
10-01-2026
11:47
10-01-2026
10-01-2026
11:33
10-01-2026
10-01-2026
09:55
10-01-2026
10-01-2026
09:46
10-01-2026
10-01-2026
09:41
10-01-2026
10-01-2026
09:37
10-01-2026
10-01-2026
21:18
09-01-2026
09-01-2026
20:43
09-01-2026
09-01-2026
20:33
09-01-2026
09-01-2026
20:16
09-01-2026
09-01-2026
19:44
09-01-2026
09-01-2026
18:51
09-01-2026
09-01-2026
18:31
09-01-2026
09-01-2026
17:49
09-01-2026
09-01-2026
17:33
09-01-2026
09-01-2026
17:17
09-01-2026
09-01-2026
Ən çox baxılanlar
Sahibkarlıq
“2026-cı ildə Ev Ticarətindən Sahibkarlığa Uzanan Yeni Biznes Strategiyaları”
09-01-2026 22:11
/
171
“Sahibkarlar Ev Ticarətini Rəqəmsal Marketinq ilə Brend Satışa Çevirir”
09-01-2026 21:48
/
126
“Ev Ticarətində Kiçik Sahibkarlardan Brend Liderliyinə Keçid”
09-01-2026 21:18
/
117
“2026: Ev Ticarətində Sahibkarlar üçün Rəqəmsal Gəlir İnqilabı”
09-01-2026 20:43
/
117
“Sahibkarlıqda Ev Alqı-Satqısı və Premium Ticarət Sinergiyası”
09-01-2026 20:33
/
108
“Kiçik Ev Satıcılarından Regional Brend Sahibkarlığına Yeni Addım”
09-01-2026 20:16
/
117



































