22:13 / 21-11-2024
21:43 / 21-11-2024
21:19 / 21-11-2024
20:42 / 21-11-2024
20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
Rusiya dövlətinin qüvvədə olan Dövlət Silahlanma Proqramı yarımçıq saxlanılıb. Proqramın icrası 2027-ci ildə başa çatacaqdı. Lakin Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə yeni dövlət proqramı yenidən işlənilir. 2033-cü ilədək qüvvədə olan dövlət silahlanma proqramında əksini tapacaq əsas tendensiyalardan biri hərbi münaqişələrdə pilotsuz nəqliyyat vasitələrinin istifadəsi olacaqdır. Baş nazirin müavini Yuri Borisov bu barədə 20 dekabrda “RBK”-yə verdiyi müsahibəsində danışıb. O bildirib ki, ”Dövlət proqramının planlaşdırılmasında bir çox amili nəzərə almalı, elmi və texnoloji inkişafdakı bütün meylləri reallaşdırmalısan. Trendlərə gəlincə, pilotsuz nəqliyyat vasitələrinin istifadəsi ilə hərbi qarşıdurmaların təbiətinin necə dəyişdiyinə baxın. Bu onsuz da sabit bir tendensiyadır. Dünən bunlar kəşfiyyat silahları idi. Bu günsə zərbə silahlarıdır. Qarabağda bunun necə işlədiyini çox yaxşı gördük”.
Dövlət proqramını tərtib edərkən Suriyada yüksək dəqiqlikli silahlardan istifadə təcrübəsi də nəzərə alındı. “Suriya çox şey öyrətdi. Və Suriyada istifadə etdiyimiz yüksək dəqiqlikli silahlar, yəni “Kalibr”, “X-101” və s. Budur bəzi sabit tendensiyalar. Hətta bunu deyəcəm: idarə olunan enerji silahı artıq bir fantaziya deyil, bir gerçəklikdir”, – deyə Borisov əlavə edib.
Yeni dövlət silahlanma proqramı 2023-cü ildə qəbul ediləcək və 2024-2033-cü illəri əhatə edəcək. Mövcud silahlanma proqramı 2018-ci ildə qəbul edilmiş və 2027-ci ilə qədər hesablanmışdır. On illik dövlət proqramı çərçivəsində illik ayırmalar bölünür, yalnız ümumi həcmi məlumdur. Rusiya Müdafiə Nazirliyinin dediyi kimi, bunun həyata keçirilməsi üçün 20 trilyon rubl lazımdır. Bunun da 19 trilyonu – silah, hərbi və xüsusi texnika alınması, təmiri və inkişafı üçün və 1 trilyonu – müvafiq infrastrukturun inşası üçün nəzərdə tutulub.
Bununla belə, iyul ayında Rusiya Federasiyası Maliyyə Nazirliyi pandemiya və bunun yaratdığı iqtisadiyyatdakı böhran hadisələri fonunda, dövlət silahlanma proqramının maliyyələşdirilməsinin üç il ərzində 5% azaldılmasını təklif etdi. Rusiyalı mütəxəssis, “Vətən arsenalı” jurnalının baş redaktoru Viktor Muraxovskinin hesabladığı kimi, söhbət xərcləri təxminən 225 milyard rubl azaltmaqdan gedir. Sentyabr ayında hökumət bu təklifi təsdiqlədi.
Xatırladaq ki, hərbi ekspertlərin fikrincə, sentyabr ayının sonunda Qarabağ münaqişəsi zonasında genişmiqyaslı döyüş əməliyyatları başladıqdan sonra Ermənistan ordusu üçün ən böyük təhlükə Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz uçan aparatları (PUA) oldu. Bunlar əsasən Tükiyə istehsalı olan “BayraktarTB2” və İsrailin “Hermes” pilotsuz döyüş təyyarələridir. Azərbaycan qoşunları tərəfindən zərbə və kəşfiyyat PUA-larının səmərəli istifadəsi nəticəsində Ermənistan ordusu darmadağın edildi. Üstəlik, Ermənistanın hava hücumundan müdafiə sisteminin yararsızlığı ortaya çıxdı. Və bu münaqişə tarixə ilk “dron müharibəsi” kimi düşdü. Münaqişə zonasından alınan məlumata görə, erməni ordusunun canlı qüvvə və texnika itkilərinin əsas hissəsi məhz Azərbaycan pilotsuz təyyarələrinin hücumları ilə əlaqələndirilib. Ona görə də Moskva gecikmədən yeni dövlət proqramının hazırlanmasına başlayıb. Dövlət Proqramında ana xətti 44 günlük müharibədəki Azərbaycanın təcrübəsi təşkil edəcək.
Bölməyə aid digər xəbərlər