Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə hərbçiləri Azərbaycanda -

Baxış: 285
Qarabağda atəşkəsə nəzarət edəcək Türkiyə hərbçiləri Azərbaycana çatıblar.
Sahibkartv xəbər verir ki, Rusiya və Türkiyənin qurduğu Ortaq Mərkəz yanvar ayının ilk həftəsində fəaliyyətə başlayır.
Türkiyə hərbçiləri ortaq müşahidə Mərkəzində generalın komandanlığı altında xidmət edəcəklər.
Əvvəl 25-ə yaxın əsgərin ortaq mərkəz üçün Azərbaycana gəldiyi məlum olub. Ancaq sonradan bu rəqəmin 60-a çatacağı bildirilib.
Həm Rusiya sülhməramlılarının patrullarından alınan məlumatlar, həm də pilotsuz uçan aparatlar vasitəsi ilə bölgədəki son vəziyyətə dair məlumatlar Ağdamda yerləşən ümumi mərkəzdə araşdırılacaq.
Atəşkəsin pozulması ilə bağlı hər hansı bir hadisə baş verəcəyi təqdirdə həm Moskva, həm Ankara, həm də Bakı və İrəvanla birbaşa əlaqə qurulacaq və atəşkəs şərtlərinin qorunması üçün səylər göstəriləcək.
Bölgədəki yoxlamalarla yanaşı, Türkiyə hərbçiləri Azərbaycan silahlı qüvvələri ilə əməkdaşlıq çərçivəsində humanitar yardım və minalardan təmizlənmə fəaliyyətlərində də iştirak edəcəklər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.