Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Prezidentinin köməkçisi: “Qələbələrimizin əsasında məhz Ulu Öndərin qoyduğu siyasət durur”

Baxış: 291

“Böyük hörmət və ehtiramla ulu öndərimizi yad edirik. Azərbaycan dövlətçiliyinin qurulması, güclü Azərbaycanın yaradılması da bilavasitə Ulu Öndərin dəsti-xəttidir”.

Sahibkartv.az məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

H. Hacıyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğala, təcavüzə davam etdiyi şəraitdə Azərbaycan xalqının israrlı təkidi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi dövləti gücləndirdi: “Bu gün də qələbələrimizin əsasında məhz Ulu Öndərin qoyduğu siyasət durur. Bu siyasəti Prezident İlham Əliyev uğurla həyata keçirir. Bunun da real nəticəsini biz 44 günlük davam edən savaşda gördük. Torpaqlarımız işğaldan azad olundu, hər bir Azərbaycan vətəndaşının gözlədiyi gün hasil oldu”. 


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.