Day, Month 00, Year
00: 00: 00 AM
Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası ATƏT DTİHB-nin müşahidə missiyasının nümayəndəsi ilə görüşüb

“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT DTİHB) müşahidə missiyasının seçki üzrə analitiki Oleksii Liçkovax ilə görüşüb. 

Koalisiyadan  bildirilib ki, Koalisiyanı Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli, “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli təmsil ediblər. 

O.Liçkovax missiyanın seçki analitiki kimi onu maraqlandıran məsələlərdən söz açıb. 

R.İskəndərli “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası haqqında məlumat verib, onun məqsəd və məramından danışıb. 

V.Tofiqli seçkilərin müşahidəsinin təşkilinin texniki-təşkilati məsələləri barədə məlumat verib.

Bildirilib ki, Koalisiya işğaldan azad olunmuş ərazilər və Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkə üzrə 75 seçki dairəsində 500 müşahidəçi ilə prosesi izləyəcək. Müşahidəçilərin əksəriyyəti QHT üzvləri, fəalları və könüllüləridir. Koalisiya aralıq və yekun hesabat hazırlayacaq, hesabatlar ingilis dilində beynəlxalq auditoriya üçün də əlçatan olacaq. 

Qeyd edək ki, “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin müşahidəsini həyata keçirəcək. Koalisiya “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi tərəfindən yaradılıb. “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının məqsədi seçki prosesində şəffaflığın, hesabatlılığın, inklüzivliyin təmin edilməsi, namizədlərin qeydiyyatı, təşviqat kampaniyasının aparılması, səsvermə günü səslərin hesablanması və şikayətlərə baxılması, seçki administrasiyasının fəaliyyəti, seçki mühiti və beynəlxalq standartlar və qabaqcıl təcrübənin nəzərə alınması məsələləri ilə əlaqədar bütün maraqlı tərəfləri müstəqil, obyektiv qiymətləndirmə ilə təmin etməkdir.


Tarix: 13-08-2024, 12:35 Oxunub: 44


Bölməyə aid digər xəbərlər