Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Prezidenti: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub

Baxış: 233

Azərbaycan-ABŞ əlaqələri haqqında danışdıqda bizim əlbəttə ki, Respublikaçılar hakimiyyəti ilə əlaqələrimiz nəzərəçarpacaq dərəcədə uğurlu və nəticəyönümlü olub. 

Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında bildirib. 

“Eyni zamanda, Prezident Trampın dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Onlar qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub. Qeyd edib ki, müəyyən enişli-yoxuşlu dövrlər olub, o da bizim günahımız deyildi. Çünki onlar bizim siyasi həyatımıza müdaxilə etməyə çalışırdılar, onlar siyasi müxalifəti maliyyələşdirmək cəhdləri ediblər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.