Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ceyhun Bayramov: “Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da inkişafı üçün potensial var”

Baxış: 236


Ceyhun Bayramov: “Azərbaycan-Bolqarıstan münasibətlərinin daha da inkişafı üçün potensial var”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizlə Bolqarıstan arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın olduğunu bildirib.
“Sahibkartv.az” xəbər verir ki, Ceyhun Bayramov bu barədə Bolqarıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Ruslan Stoyanovu qəbul edərkən deyib.
C.Bayramov Ruslan Stoyanovu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, energetika sahələrində ikitərəfli münasibətlərin mövcudluğuna məmnunluqla istinad edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.