Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Örl Litzenberqer 4 iyul - ölkəsinin Müstəqillik Günü münasibətilə müraciət ünvanlayıb.Oxu.Az-ın məlumatına görə, səfir müraciətində ABŞ-Azərbaycan əlaqələrindən də söz açıb.
“Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında vacib tərəfdaşlıq əlaqələri mövcuddur”, - deyə Örl Litzenberq bildirib.
Onun sözlərinə görə, ABŞ Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyur.


































