22:14 / 18-01-2025
18:11 / 18-01-2025
17:39 / 18-01-2025
17:15 / 18-01-2025
16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
“Avropa İttifaqı Azərbaycan üçün etibarlı tərəfdaşdır”.
“Sahibkartv.az” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Bakıda Avropa Gününə həsr olunmuş tədbirdə deyib.
“Biz pandemiyanın çətin dövrlərindən keçmişik. Ötən illərdə Azərbaycanla müxtəlif sahələrdə əlaqələri gücləndirmişik”, - səfir bildirib.
P.Mixalko Azərbaycan ilə Aİ arasında hərtərəfli sazişin yaxın vaxtlarda imzalanacağına ümidvar olduğunu qeyd edib.
Diplomat vurğulayıb ki, Aİ Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsini dəstəkləyir: “Aİ Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və sabitlik üçün fəal addımlar atır. Əməkdaşlığımız enerji sektorunda inkişaf edir, “Cənub Qaz Dəhlizi” layihəsi mühüm rol oynayır. Həmçinin bərpa olunan enerji mənbələrinə də böyük diqqət yetiririk”.
Öz növbəsində Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Aİ səfirini Avropa Günü münasibətilə təbrik edib.
“30 illik işğaldan sonra Ermənistan və Azərbaycan arasında münasibətlərin münaqişədən sonrakı dövrdə normallaşması Cənubi Qafqazda sülh, sabitlik, iqtisadi inkişaf və firavanlıq üçün tarixi imkan yaradacaq”, - XİN başçısının müavini söyləyib.
O, ölkələrin ərazi bütövlüyü və suverenliyinin, sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasının, sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyini, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və sülh müqaviləsinin imzalanmasının Azərbaycan üçün prioritet olduğunu əlavə edib.
“Azərbaycan enerji sahəsində Avropanın strateji, etibarlı tərəfdaşıdır. CQD-nin istifadəyə verilməsi Azərbaycan qazının Avropaya ixracında yeni səhifə açdı. Bu layihə Avropaya enerji təchizatını diversifikasiya etməklə enerji təhlükəsizliyinə mühüm töhfə verir”, - o deyib.
Nazir müavini əlavə edib ki, Aİ və Azərbaycan fəal əməkdaşlıq edir və Azərbaycanda Aİ ölkələrindən 1 700-dən çox şirkət fəaliyyət göstərir.
Bölməyə aid digər xəbərlər