Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

MƏLHƏM BEYNƏLXALQ HOSPİTALDA Autizmli uşaqlar üçün ödənişsiz müayinə aksiyası

Baxış: 306

Autizmli uşaqların sosial inteqrasiyasına və sağlam inkişafına dəstək məqsədilə Məlhəm Beynəlxalq Hospitalda xüsusi tədbir təşkil olunub.
Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli proqramlar, interaktiv fəaliyyətlər və müxtəlif ixtisaslar üzrə həkimlərin iştirakı ilə ödənişsiz tibbi müayinələr həyata keçirilib. Gün ərzində həm uşaqların xoş vaxt keçirməsi, həm də ailələrin peşəkar tibbi məsləhətlərdən faydalanması üçün əlverişli şərait yaradılıb.
Sahibkartv.az xəbər verir ki, Cəmiyyətin hər bir üzvü kimi autizmli uşaqların da sağlam, xoşbəxt və qayğıkeş mühitdə inkişaf etməsi bizim üçün böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirdiyimiz sosial məsuliyyət layihələri ilə onların və ailələrinin yanında olmağa davam edəcəyik.
Hər təbəssüm  inklüziv gələcəyə atılan addımdır.

Autizmli uşaqlar üçün ödənişsiz pediatr müayinəsi keçirildi
Uşaqların sağlam inkişafına dəstək olmaq və valideynlərin tibbi məsləhət alma imkanlarını artırmaq məqsədilə Məlhəm Beynəlxalq Hospitalda autizmli uşaqlar üçün ödənişsiz pediatr qəbulu təşkil olundu.
Qəbul zamanı uşaqların ümumi sağlamlıq vəziyyəti qiymətləndirildi, valideynlərin sualları cavablandırıldı və fərdi tibbi tövsiyələr verildi.
Birlikdə daha sağlam və daha inklüziv gələcək üçün.

#Autizm #AutizmFərqdir #PediatrQəbulu #UşaqSağlamlığı #SosialMəsuliyyət #SağlamGələcək #Hospital #ÖdənişsizMüayinə #AutizmMəlumatlandırma #UşaqlarımızınYanındaıq







Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.