
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Sahibkartv.az xəbər portalının rəhbərliyi və kollektivi olaraq Məlhəm Beynəlxalq Xəstəxanasının direktoru Sevda Əlizadəni, eləcə də bu nüfuzlu tibb müəssisəsində çalışan bütün xanım əməkdaşları səmimi qəlbdən təbrik edirik.
Qadınlar cəmiyyətin ən dəyərli və ən həssas təbəqəsi olmaqla yanaşı, eyni zamanda həyatın bütün sahələrində mühüm rol oynayırlar. Xüsusilə səhiyyə sahəsində çalışan xanımlar öz peşəkarlıqları, mərhəmətləri və insanlara göstərdikləri qayğı ilə böyük hörmət və rəğbət qazanırlar. Məlhəm Beynəlxalq Xəstəxanasında fəaliyyət göstərən qadın əməkdaşlar da bu nəcib missiyanı ləyaqətlə yerinə yetirərək insanların sağlamlığı naminə böyük zəhmət sərf edirlər.
Məlhəm Beynəlxalq Xəstəxanasının direktoru Sevda Əlizadə isə öz rəhbərliyi və peşəkar idarəçilik bacarığı ilə səhiyyə sahəsində mühüm uğurlara imza atan nüfuzlu xanım rəhbərlərdən biridir. Onun rəhbərliyi altında xəstəxanada yüksək tibbi xidmət, müasir yanaşma və insanlara diqqət əsas prinsiplərdən biri kimi daim qorunur.
Sahibkartv.az ilə qurulan səmərəli əməkdaşlıq da təqdirəlayiqdir. Bu əməkdaşlıq çərçivəsində səhiyyə sahəsində görülən işlərin, tibbi yeniliklərin və cəmiyyət üçün faydalı təşəbbüslərin ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılır.
Bu əlamətdar gün münasibətilə bir daha Sevda Əlizadəni və Məlhəm Beynəlxalq Xəstəxanasının bütün xanım əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.
Arzu edirik ki, həyatınız daim sevinc, xoşbəxtlik və uğurlarla dolu olsun. Bayramınız mübarək!

































