Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycan sahibkarları Macarıstanda keçirilən biznes forumda iştirak etdilər

Bu il, sentyabrın 23-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Ticarət və Sənaye Palatasının biznes  forumu keçirilib. Forumda ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyasına üzv sahibkarlar təmsil ediblər.
Tədbiri Türk Ticarət Sənaye Palatası ilə Macarıstan İxracın Təşviqi Agentliyi (HEPA) təşkil edib. Tədbirə ümumilikdə 120 sahibkar qatıla bilib.
Forum çərçivəsində nümayəndə heyətimiz adından Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidentləri Vüqar Zeynalov və Vüqar Abbasov çıxış ediblər. Çıxışlarda Azərbaycanın iqtisadi imkanları, biznes mühiti, azad olunmuş ərazilərimizin investisiya imkanları barədə tədbirdə çıxış edən macar, türk, özbək, qazax, qırğız sahibkarlarına detallı məlumatlar təqdim edilib.
Eyni zamanda, 4 – kənd təsərrüfatı, qida sənayesi, su sənayesi, sağlamlıq, informasiya və kommunikasiya sektorları üzrə B2B görüşlər keçirilib.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Türk Dövlət Əməkdaşlıq Şurasına üzv dövlətlər və Macarıstan ilə ticarət dövriyyəsinin həcmi 4,5 milyard ABŞ dolları olub. Bu, ölkəmizin ümumi xarici ticarət dövriyyəsinin 18,4 faizini təşkil edir. Ayrıca Macarıstanla Azərbaycanın ticarət dövriyyəsi ötən il 38 milyon dollar təşkil edib.
Forumda ölkələrimiz arasında gələcək ticarət və investisiya imkanları müzakirə edilib.
Məlumat üçün: Türk Ticarət və Sənaye Palatası 2019-cu ildə yaradılıb. Qurumda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Qazaxıstan Respublikası Sahibkarlar Milli Palatası (ATAMEKEN), Qırğız Respublikası Ticarət və Sənaye Palatası, Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Özbəkistan Ticarət və Sənaye Palatası üzv kimi, Macarıstan Ticarət və Sənaye Palatası isə müşahidəçi qismində iştirak edir.





Tarix: 24-09-2021, 13:05 Oxunub: 185


Bölməyə aid digər xəbərlər