20:21 / 21-11-2024
19:47 / 21-11-2024
19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
Qax Damazlıq İpəkçilik Stansiyasında respublikada tut ipəkqurdunun təkrar yemlənməsi mövzusunda açıq tarla seminarı keçirilib. Seminarda Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin Təşkili və Monitorinqi Şöbəsinin müdiri İmran Cümşüdov, Qax Damazlıq İpəkçilik Stansiyasının rəhbərliyi və əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universitetinin, “Azəripək” MMC-nin, Barama İstehsalçıları Şurasının nümayəndələri iştirak ediblər.
Seminarda məqsəd tut ipəkqurdunun payız yemlənməsinin təşkil olunması, təkrar yemləmə aparacaq kümçülərin ətraflı təlimatlandırılması, kümxanaların düzgün hazırlanması haqqında maarifləndirmə işləri aparmaq olub.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin Təşkili və Monitorinqi Şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir. Ölkədə yaş barama istehsalının artırılması üçün əlavə ehtiyat mənbələrindən biri də tut ipəkqurdlarının təkrar yemlənməsi prosesinin təşkil olunmasıdır. Bu məqsədlə cari ildə 25 rayonda tut ipəkqurdunun təkrar yemlənməsi həyata keçiriləcək. Kümçülərə paylanılması nəzərdə tutulan 700 qutu ipəkqurdu toxumunun inkubasiyaya qoyulduqdan sonra avqust ayının II ongünülüyündən etibarən əvəzsiz olaraq kümçülərə paylanılması nəzərdə tutulur.
“Məhsuldarlığın yüksək olması üçün kümçülərin az sayda tut ipəkqurdu toxumunu götürməsi tövsiyə edilir. Müşahidələr onu göstərir ki, bəzi kümçülər yemləmə prosesini düzgün təşkil etmir, tut (çəkil) ağaclarının zoğlarını kəsirlər. Qarşıdakı illərdə yem ehtiyatında çətinliyin olmaması üçün kümçülər zoğları kəsmək yolu ilə deyil, tut (çəkil) yarpaqlarını yığmaqla yemləmə aparmalıdırlar”, - deyə İmran Cümşüdov vurğulayıb.
Seminarda yaş barama istehsalı və emalı, keyfiyyətli ipəkqurdu toxumu (qrena) istehsalı, aqrozootexniki qaydalarına uyğun tut ipəkqurdlarının bəslənməsinə riayət etməklə barama istehsalının artırılması məsələləri müzakirə olunub. Baramaçılıq sahəsində xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin təşkili ətrafında fikir mübadiləsi aparılıb.
Bölməyə aid digər xəbərlər