
Kardioloqların sözlərinə görə, səhər yeməyini atlamaq ürək-damar sağlamlığına ciddi zərər vura bilər.
Sahibkartv.az xəbər verir ki, həkim-kardioloq Kseniya Yeruslanova mövzu ilə bağlı açıqlamasında bildirib ki, günün ilk qidasını qəbul etməyən insanlarda orqanizmdə stress hormonu – kortizolun səviyyəsi yüksəlir.
Onun sözlərinə görə, kortizolun artması bədəndə iltihabi reaksiyaları gücləndirir və damar divarlarında aterosklerotik çökmələrin yaranma ehtimalını artırır:
“Vaxtında yemək yeməmək, xüsusilə də səhər yeməyini ötürmək uzun müddətdə infarkt və insult riskini əhəmiyyətli dərəcədə yüksəldə bilər,” – deyə kardioloq qeyd edib.
Bununla yanaşı, Yeruslanova vurğulayıb ki, səhər yeməyindən dini oruc məqsədilə imtina edən insanlarda belə təhlükəli təsirlər müşahidə edilmir. Çünki bu halda orqanizm bunu stress kimi qəbul etmir və damar sistemində dağıdıcı proseslər işə düşmür.




























