11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
Bu günə qədər Azərbaycanda qəbul məntəqələrinə 327 586 ton pambıq təhvil verilib.
Bu barədə "Sahibkartv.az"aKənd Təsərrüfatı Nazilriyindən bildirilib.
Məlumata görə, bu, ötən ilin yekun göstəricisindən 32 586 ton çoxdur. 2019-cu il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton pambıq yığılaraq məntəqələrə təhvil verilmişdi.
Bu günə olan operativ məlumata görə, pambıq yığımında orta məhsuldarlıq 32,8 sentnertəşkil edir. Bu, ötən ilin yekun göstəricisindən 3,3 sentner çoxdur. Hazırda pambıq yığımı davam edir, mövsümün yekununda həm məhsul həcmi, həm orta məhsuldarlıq göstəricilərinin daha da artacağı gözlənilir. Pambıq yığımının optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.
2020-ci ildə Azərbaycanın 21 rayonunda 100 min hektara yaxın sahədə pambıq əkilib. İndiyə qədərən yüksək orta məhsuldarlıq Salyan(40,35 sent/ha), Neftçala (38,5 sent/ha), Tərtər(36,6 sent/ha), Beyləqan (34,9 sent/ha), Yevlax(34,6 sent/ha), Ağcabədi (34,3 sent/ha), Goranboy (33,8 sent/ha), Saatlı (33 sent/ha), Bərdə (32,8 sent/ha), Sabirabad (32,2 sent/ha), Ağdam (32,15 sent/ha) və Zərdab (30 sent/ha) rayonlarında qeydə alınıb.
2020-ci ildə ən çox pambıq əkini Saatlı (14 141 ha), Ağcabədi (10 689 ha), Bərdə (10 646 ha), Biləsuvar (10 061 ha), Sabirabad (9 683,5 ha) və Beyləqan (8 743 ha) rayonlarında aparılıb.
Azərbaycanda pambıqçılığın inkişafını dövlət dəstəkləyir. Yeni subsidiya mexanizminə əsasən, pambıqçı fermerlər təhvil verdikləri məhsula görə dövlətdən həm əkin, həm məhsul subsidiyası alırlar. Pambıq sahəsinin hər hektarına görə fermerə 220 manat subsidiya verilir, eyni zamanda fermerlər qəbul məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat subsidiya alırlar. Yetişdirilən məhsul fermerdən keyfiyyətindən asılı olaraq hər tonu 550-650 manat olmaqla satın alınır. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və ən çox gəlir gətirən sahəsinə çevrilib.
Bölməyə aid digər xəbərlər