Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda pandemiya şəraitində teatrda ilk tamaşa nümayiş olunub

Baxış: 337
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Leyli və Məcnun” operası nümayiş olunub.
Bu, Azərbaycanda pandemiya şəraitində teatr səhnəsində nümayiş olunan ilk tamaşadır.
Tamaşada əsas partiyaları respublika muğam müsabiqəsinin laureatı Rəvanə Əmiraslanlı (Leyli) və Əməkdar artist Elnur Zeynalov (Məcnun) ifa ediblər.
Tamaşada həmçinin Əməkdar artistlər Təyyar Bayramov (Məcnunun atası), Cahangir Qurbanov (Nofəl) və başqaları iştirak ediblər. Opera tamaşasını Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Sevil Hacıyeva idarə edib.
Qeyd edək ki, tamaşaçılar teatra dəvətnamə ilə gəlib. Onlar Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılıb və əyləşdiriliblər.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.