Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Lerikdə yenidən torpaq sürüşməsi oldu: Kəndlilər təhlükə ilə üzləşib

Baxış: 710
Lerikdə torpaq sürüşməsi yenidən aktivləşib.
"Sahibkartv.az"ın Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun Ordahal və Veri-Əliabad kəndlərində torpaq sürüşmələri baş verib. Nəticədə Veri-Əliabad kəndində 6, Ordahalda isə 4 ev üçün təhlükə yaranıb. Veri-Əliabad kəndi ərazisində əvvəllər də bir neçə dəfə torpaq sürüşmələri baş versə də, Ordahaldakı sürüşmə yeni aktiv ərazi hesab olunur.
Hadisə ilə bağlı rayonun fövqəladə hallar üzrə komissiyaya məlumatlandırılıb.
Sabah Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssailəri əraziyə baxış keçirəcəklər.
Qeyd edək ki, torpaq sürüşmələrinə son zamanlar yağıntı miqdarının normadan çoxluğu səbəb olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.