Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Suvarma sistemləri idarəsi işçilərinin etirazı - VİDEO

Baxış: 376
Kürdəmir Suvarma Sistemləri İdarəsinin bir qrup işçisi idarənin yeni rəhbərliyindən narazılıq edir. 
Baku TV-nin çəkiliş qrupu adıçəkilən idarədə olub, narazılıqların nədən qaynaqlandığını öyrənməyə çalışıb. 
Texniki işçilərin dediyinə görə, idarə rəhbərliyi tərəfindən onların heç bir tələbatı ödənilmir, nəqliyyat vasitələri və ağır texnika heç bir ehtiyat hissələri ilə təmin edilmir.
Elə çəkiliş aparılan zaman da sıradan çıxan xeyli sayda texnikanın və su motorlarının idarənin həyətində yağışın, qarın altında qaldığı məlum olub. İşçilər problemin builki məhsuldarlığa mənfi təsirindən də narahatdır. Çünki texnika işləməsə, arxlar, kanallar təmizlənməsə, əkin sahələri vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasa, bundan əsas zərər görən kəndlilər olacaq. Səhər saatlarından başlayan çəkiliş günorta saatlarına kimi davam etsə də, bu müddət ərzində idarənin müdiri Mirəlif Əzizov şikayətçilərin qarşısına çıxmayıb. İdarədən bildirilib ki, o məzuniyyətdədir.




[video=]

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.