Güclü yağıntı Muğanlı-İsmayıllı və İsmayıllı-Qəbələ avtomobil yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb.Sahibkartv.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Muğanlı-İsmayıllı yolunda yağıntı intensiv şəkildə davam edir, 3 dərəcə şaxta var.
Həmçinin, İsmayıllı-Qəbələ avtomobil yolunda da eyni vəziyyət hökm sürür.
Qeyd edilən hər iki istiqamətdə yolun buz bağlamış hissələrinə qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunması istiqamətində işlər davam etdirilir.







































