Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Lerikdə mərkəzi küçəyə Vətən müharibəsi şəhidinin adı verildi - FOTO

Baxış: 317
Lerik şəhərinin mərkəzi küçələrindən birinə şəhid Elvin Səfərovun adı verilib.
“Qarabağ” ordenli şəhid Elvin Səfərovun bu gün anım mərasimi keçirilib. Mərasimdə hərbçi yoldaşları, şəhid ailələrinin üzvləri, qazilər, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidin yaşadığı ünvanda ailə üzvləri ilə görüşülüb, məzarı ziyarət olunub.
Şəhid Elvin Ramiz oğlu Səfərov 1989-cu il dekabrın 10-da Lerik rayonunun Soru kəndində anadan olub. 1996-2007-ci llərdə Soru kənd tam orta məktəbində təhsil alıb.
Elvin Səfərov 2008-2009-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xüsusi təyinatlıların sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Qısa müddət ərzində xüsusi təyinatlıların kurslarını yüksək qiymətlərlə bitirib. Aprel döyüşlərinin iştirakçısı olub. Türkiyədə, Belarusda, Qazaxıstanda, Yunanıstanda və digər ölkələrdə kurslar keçib, hərbi təlim və yarışlarda "SNAYPER" üzrə ölkəmizi təmsil edib, dəfələrlə yüksək nəticələr qazanıb.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücum" (SAH) xüsusi təyinatlı qüvvələrinin miçmanı olan Elvin Səfərov Vətən müharibəsi zamanı Hadrut, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Elvin Səfərov oktyabrın 31-də Füzulinin kəndləri uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Elvin Səfərov şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.