Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan rayonları ağ örpəyə büründü

Baxış: 393

“Oktyabrın 25-i axşam saatlarından başlayaraq ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti kəskin dəyişib. Bu gün səhərədək respublikanın bir sıra rayonlarında yağıntı müşahidə edilib, bəzi rayonlarda intensiv olub”.
Bunu Sahibkartv.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, dağlıq və dağətəyi rayonlarda havanın temperaturunun aşağı düşməsi nəticəsində şaxta qeydə alınıb:
“Bir sıra rayonlarda qar örtüyü əmələ gəlib. Şahdağ, Xaltan, Qusar, Altıağac, Daşkəsəndə 3 santimetrədək, Xınalıq, Qrızda isə 23-25 sm qar örtüyü müşahidə olunur. Bir sıra rayonlarda külək 32 m/san-dək güclənib.
Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 28 m/san olub, dənizdə dalğanın hündürlüyü 5.5 metrə çatıb”.
O qeyd edib ki, əlverişsiz hava şəraiti gün ərzində davam edəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.