
Naftalanda səhhətində yaranmış problemlə bağlı iynə vurduran şəxs anafilaktik şok nəticəsində vəfat edib.
Sahibkartv.az xəbər verir ki, hadisə Naftalan şəhərində qeydə alınıb.
Naftalan sakini, 1986-cı il təvəllüdlü Qasımov Daşqın Ədalət oğlu səhhətində yaranmış problemlə bağlı yaşadığı evdə iynə vurdurub. Lakin o, anafilaktik şok keçirib və dünyasını dəyişib.
Faktla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.



































