Day, Month 00, Year
00: 00: 00 AM
Şuşaya gedən tunellərin tikintisi ilə bağlı AÇIQLAMA - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iyunun 14-də yeni Əhmədbəyli-Füzuli-Şuşa 1-ci texniki dərəcəli avtomobil yolunun Daşaltı kəndi ərazisindən keçən hissəsində təməli qoyulan tunel də daxil olmaqla yol boyu ümumilikdə yeddi tunelin inşası nəzərdə tutulub ki, onlardan 4-də hazırda tikinti işləri sürətlə davam etdirilir. 
Şərti olaraq T5 adlandırılan və 431 metr uzunluğunda olan tunelin sol hərəkət istiqaməti üzrə üst yarı hissəsində qazma işləri artıq tamamlanaraq tuneldə daxili hərəkət təmin olunub. 
Tunelin 478 metr uzunluğa malik sağ istiqaməti üzrə qazma işləri isə davam etdirilir və yaxın günlər ərzində sözügedən hissədə də daxili hərəkət təmin olunacaq. 
İnşasına başlanılan digər üç tunelin (T1,T2 və T4) giriş hissələrində aparılan işlər də artıq tamamlanıb. Hazırda qazma, partlatma və qırıcı üsulları ilə tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması davam edir. 
Layihə üzrə yeddi tunelin ümumi uzunluğu təqribən 6.5 km təşkil edəcək. Uzunluqları 350-3300 metr arası dəyişən tunellər bir hərəkət istiqaməti üzrə iki hərəkət zolaqlı və 12 metr enində olacaq. Hazırda yol boyu müxtəlif hissələrdə torpaq yatağının inşası işləri davam etdirilir.
Bundan başqa doqquz viadukun, 59 suötürücü borunun və 10 yeraltı keçidin tikintisi də layihə üzrə nəzərdə tutulub ki, bu istiqamətdə də işlərə start verilib.
Qeyd edək ki, dörd və altı hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilən 81.6 km-lik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun ilk 48 km-i 6, 48-81.6 km arası isə dörd hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29.5 və 21.5 metr təşkil edəcək.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Sözügedən yol başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir. 








Tarix: 3-10-2021, 15:29 Oxunub: 220


Bölməyə aid digər xəbərlər