Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Millət vəkili Naftalanda şəhid ailələri ilə görüşüb - FOTOLAR

Baxış: 331
Milli Məclisin deputatı Anar Məmmədov Naftalanda şəhid ailələri ilə görüşüb, Vətən Müharibəsi şəhidlərinin baralyefinin açılışında iştirak edib.
Açılış mərasimində deputat Anar Məmmədov, şəhidlərin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Memorial Kompleksi ziyarət edib, önünə gül dəstələri düzüb, şəhidlərin ruhlarına dualar oxuyublar.
Şəhid Bəhruz Quliyevin, Fərid Adıgözəlovun, Elyəddin Cəfərovun və Bəxtiyar Aslanovun mərmər üzərində şəkilləri həkk olunmuş barelyefləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Memorial Kompleksə həkk olunub.
Tədbirdə çıxış edən deputat bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq olaraq düşmənin başını əzib və ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın dünyada nüfuzu və layiqli yeri Vətən müharibəsindəki Zəfərdən sonra daha da möhkəmlənib. Bu səbəbdən də Vətən üçün canından keçən qəhrəman oğul və qızların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Şəhid ailələrinin üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
 



Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.