Day, Month 00, Year
00: 00: 00 AM
Lerikin yeddi kəndində qaz təchizatı bərpa olunub - YENİLƏNİB + VİDEO


“Lerik rayonu və yeddi kəndində selin fəsadları aradan qaldırılıb və qaz təchizatı bərpa olunub”.
Bunu Sahibkartv.az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.
O qeyd edib ki, ki, yalnız rayonun Məhləbad kəndində səkkiz evə hələki qazın verilməsi bərpa etmək mümkün olmayıb.
“Bu istiqamətdə işlər davam etdirilir”, - deyə o bildirib. 
11:53
Lerik rayonuna yağan leysan yağışlarından sonra bəzi kəndlər qazsız qalıb.
Məsələ barədə “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq.
Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov açıqlamasında bildirib ki, yağan leysandan sonra Lerikdə qaz xətlərində qırılma olub:
“Lerik rayonu Osmanlı, Kəlvəz, Kələxan, Göydərə, Məhləbad, Hiyveri, Hüseynabad və Amburdərə kəndlərinə güclü selin gəlməsi nəticəsində qaz xətlərinin qırılması ilə əlaqədar ötən gün saat 18:40-da qaz təchizatı müvəqqəti dayandırılıb. Bununla əlaqədar 352 istehlakçının qaz təminatında fasilə yaranıb”.
“Ərazidə bu gün təmir işləri aparılacaq”, - deyə o qeyd edib.


Tarix: 19-07-2021, 20:35 Oxunub: 140


Bölməyə aid digər xəbərlər