Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

27 Sentyabr – Anım Günü münasibətilə Goranboy rayonunda silsilə tədbirlər keçirildi

Baxış: 585

27 Sentyabr – Anım Günü münasibətilə Goranboy rayonunda Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş silsilə anım tədbirləri keçirildi.
Sahibkartv.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdən öncə ağacəkmə aksiyası keçirildi. Şəhidlərimizin əziz xatirəsinə ithaf olunan aksiya zamanı əkilən ağaclar şəhidlərimizin ölməz xatirəsinə ehtiramın, Vətənə bağlılığın və gələcək nəsillərə ötürülən vətənpərvərlik irsinin rəmzi kimi qiymətləndirildi.
Daha sonra Goranboy Şəhidlər Xatirə Kompleksində keçirilən ümumrayon anım tədbirində abidə-kompleksinin önünə gül dəstələri düzülüb, şəhidlərin müqəddəs ruhuna ehtiram ifadə olundu. Rayon rəhbəri şəhid ailələrinin üzvləri ilə görüşərək onların qayğı və müraciətləri ilə maraqlanıb, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini bildirdi.
Anım tədbiri çərçivəsində Vətən müharibəsinə həsr olunmuş rəsm sərgisinə də baxış keçirildi. 
Tədbirin sonunda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


















































Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.