Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Canni De Byazi “Qarabağ”ın 10 futbolçusunu milliyə dəvət etdi

Baxış: 356
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi qarşıdakı oyunlar üçün “Qarabağ”ın 10 futbolçusuna dəvət göndərib.
“Report”un əldə etdiyi məlumata görə, bunlar Şahruddin Məhəmmədəliyev, Emil Balayev, Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseynov, Mahir Emreli, Abbas Hüseynov, İsmayıl İbrahimli, Elvin Cəfərquliyev və Toral Bayramovdur. Cəfərquliyev və Bayramov əsas yığmaya ilk dəfə çağırılıblar.
Qeyd edək ki, Azərbaycan millisi martın 24-də İtaliyanın Turin şəhərində Portuqaliya, martın 30-da Bakı Olimpiya Stadionunda Serbiya ilə DÇ-2022-nin seçmə mərhələsinin oyununda, martın 27-də isə Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.