Diplomatların Cəbrayıl və Zəngilana səfəri başlayır
Tarix: 31-10-2025, 09:36
/
Baxış: 1 170
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, 2025-ci ilin 31 oktyabr tarixində ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayır.
Səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndənin iştirakı nəzərdə tutulur.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutacaq səfər zamanı diplomatik korpus nümayəndələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və yenidənqurma işləri ilə əyani tanış olacaqlar. Onlar “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində uğurla icra olunan layihələr, habelə regionun strateji əhəmiyyətini artıran Zəngəzur dəhlizi layihəsi barədə məlumat əldə edəcək, Ağbənd qəsəbəsi ərazisindəki dəmir və avtomobil yolları ilə bağlı görülən işlərlə yerində tanış olacaqlar.
Nümayəndə heyəti əsas infrastruktur obyektlərinə, o cümlədən Zəngilan rayonunda “Dost Agropark” heyvandarlıq kompleksi və Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşən Həkəri dəmiryolu stansiyasına baş çəkəcəklər. Zəngilan şəhərindəki yaşayış kompleksi, məktəb və uşaq bağçası binaları, Zəngilan şəhər məscidinə baxış səfər proqramına daxildir.
Diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun inkişaf potensialını yaxından görmək, həmçinin işğaldan azad edilmiş ərazilərin davamlı bərpası, sosial-iqtisadi dirçəlişi və reinteqrasiyasının təmin olunması istiqamətində Azərbaycanın səylərini dəyərləndirmək imkanı yaradacaq.
Qeyd edək ki, bu, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərə diplomatik korpus nümayəndələrinin 20-ci səfəridir.
Digər xəbərlər
Xəbər lenti
17:17
16-09-2026
16-09-2026
16:53
16-09-2026
16-09-2026
16:00
16-09-2026
16-09-2026
15:46
16-09-2026
16-09-2026
15:30
16-09-2026
16-09-2026
15:17
16-09-2026
16-09-2026
15:00
16-09-2026
16-09-2026
14:29
16-09-2026
16-09-2026
14:22
16-09-2026
16-09-2026
14:11
16-09-2026
16-09-2026
13:20
16-09-2026
16-09-2026
13:11
16-09-2026
16-09-2026
12:24
16-09-2026
16-09-2026
12:20
16-09-2026
16-09-2026
11:30
16-09-2026
16-09-2026
11:26
16-09-2026
16-09-2026
11:16
16-09-2026
16-09-2026
10:30
16-09-2026
16-09-2026
10:05
16-09-2026
16-09-2026
10:01
16-09-2026
16-09-2026
09:58
16-09-2026
16-09-2026
09:54
16-09-2026
16-09-2026
09:50
16-09-2026
16-09-2026
09:45
16-09-2026
16-09-2026
09:00
16-09-2026
16-09-2026
22:11
15-09-2026
15-09-2026
21:48
15-09-2026
15-09-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Torpaq Əməyi Qarşılıqsız Qoymur, Yetər ki Ona Düzgün Yanaşılsın
16-09-2026 17:17
/
27
Tərəvəzçilikdə Düzgün Mövsüm Planlaması Fermerin İşini Gücləndirir
16-09-2026 16:53
/
72
Bostanın Bərəkəti Toxumdan Əvvəl Torpağa Göstərilən Qayğıdan Başlayır
16-09-2026 16:23
/
81
Əkin Sahələrində Səmərəli Qulluq Məhsul İtkisinin Qarşısını Alır
16-09-2026 15:46
/
108
Meyvə Bağlarında Hər Mövsüm Yeni Bərəkətin Təməli Qoyulur
16-09-2026 15:17
/
99
Fermerçilik Torpağı Əkməkdən Çox, Onun Dilini Anlamaq Sənətidir
16-09-2026 15:00
/
99








































