Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Gəncədə karantin rejimini pozan çay evi aşkarlandı

Baxış: 428


Gəncədə karantin rejimini pozan çay evi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
BPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlanıb. Obyektin icarədarı Xəyal Yəhyayev və müştərilər saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilib.
Polis İdarəsində həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaq koronavirus infeksiyası və xüsusi karantin rejiminin tələbləri barədə məlumat verilib.
X.Yəhyayev hüquqi şəxs qismində müştərilər isə fiziki şəxs qismində barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib. 























Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.