Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qanunsuz ov edən şəxslər saxlanıldı

Baxış: 328
Goranboy rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Goranboy rayon Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Goranboy rayon Polis Şöbəsinə (RPŞ) gətirilib.
RPŞ-də ondan müvafiq sənədləri olmayan, 16 kalibrli ov tüfəngi və dörd ədəd patron götürülüb.
Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini Yusif Yusifovun da müvafiq sənədləri olmadan “İJ” markalı, 12 kalibrli ov tüfəngi ilə rayon ərazisində qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.
Faktlarla bağlı araşdırmalar davam edir.









Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.