21:19 / 03-12-2024
20:45 / 03-12-2024
20:21 / 03-12-2024
19:47 / 03-12-2024
19:23 / 03-12-2024
18:51 / 03-12-2024
18:20 / 03-12-2024
17:39 / 03-12-2024
17:00 / 03-12-2024
16:41 / 03-12-2024
16:00 / 03-12-2024
15:30 / 03-12-2024
14:00 / 03-12-2024
13:39 / 03-12-2024
13:39 / 03-12-2024
13:16 / 03-12-2024
13:02 / 03-12-2024
12:19 / 03-12-2024
12:09 / 03-12-2024
12:05 / 03-12-2024
12:01 / 03-12-2024
11:56 / 03-12-2024
11:41 / 03-12-2024
11:17 / 03-12-2024
11:13 / 03-12-2024
11:08 / 03-12-2024
11:03 / 03-12-2024
10:45 / 03-12-2024
10:40 / 03-12-2024
10:04 / 03-12-2024
09:59 / 03-12-2024
09:45 / 03-12-2024
Azərbaycanın sabiq Baş naziri və Dövlət katibi Pənah Hüseyn “Həftə içi”nə müsahibəsində özünün də hakimiyyət başında olduğu 1993-cü ildə ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər rayonunun, nəhayət, 27 il 7 ay sonra azad edildiyi gün keçirdiyi hisslər, bu münasibətlə öncədən vədinə uyğun gördüyü tədbirlər, Rusiya sülhməramlılarının Qarabağdakı mövcudluğunun cəmiyyətdə doğurduğu mənfi və müsbət reaksiyalar, Qələbə paradı öncəsi yaşadığı hisslər və s. barədə maraqlı fikirlər ifadə edib.
- Pənah bəy, oğlunuz Vaqif Hüseyn zabit kimi Milli Ordumuzda xidmətini davam etdirirmi?
- Bəli.
- Kəlbəcər istiqamətindədirmi yenə də? Yəqin ki, Kəlbəcər haqqında söhbətləri sizin üçün çox maraqlı olar?
- Bəli, Vaqif Kəlbəcərin Vəng kəndi istiqamətindədir. Əlbəttə, Kəlbəcər haqda danışsa, bizim üçün də maraqlı olardı. Təəssüf ki, hazırda orada adi telefon rabitəsi işləmir və mütəmadi əlaqə saxlaya bilmirik...
- Allah salamat eləsin! Tale elə gətirdi ki, sizin 27 ildən çox öncə - 1993-cü il aprelin 2-də Dövlət katibi kimi tərk etdiyiniz Kəlbəcərə oğlunuz Vaqif müstəqil Azərbaycan Milli Ordusunun zabiti kimi qayıtdı. Bu, sizə hansı hissləri yaşatdı?..
- Bilirsiniz, inciməyin, mən belə şəxsi xarakterli suallara cavab verməyi xoşlamıram...
- Məlumdur ki, 1993-cü ildə Kəlbəcər rayonunun işğalında odövrkü hakimiyyətin digər rəhbərləri kimi, siz də ən azı mənəvi məsuliyyət daşıyırsınız... Müzəffər ordumuzun qəhrəmanlığı və Ali Baş Komandanın uğurlu diplomatiya və siyasəti sayəsində Kəlbəcərin azad olunmasını necə qarşıladınız?
- Əlbəttə, digər torpaqlarımız kimi, Kəlbəcərin də azad olunmasına ailəliklə, qohum-əqrəba və dostlarla birgə çox sevindik. Eyni zamanda, hələ 1993-cü ildə ailə üzvlərimizlə bir yerdə Kəlbəcərin azad olunacağı gün qurban kəsəcəyimizi vəd etmişdik. Və həmin vədimizi də yerinə yetirdik – qurban kəsib payladıq....
-1990-cı illərin 1-ci Qarabağ savaşından fərqli olaraq, Azərbaycan Ordusunun budəfəki misilsiz qələbəsini yalnız o zaman dövlətimizin və ordumuzun yenicə yaranması, zəifliyi ilə izah etmək olar, yoxsa burada digər geo-siyasi amillərin də rolu olub?
- Hesab edirəm ki, bu sualın cavabını tarixçilər yazacaq...
- 10 Noyabr üçtərəfli razilaşmasına əsasən, Qarabağ bölgəsinə Rusiya sülhməramlı qüvvələrinin gəlişini bəzi qüvvələr çox ehtiyatla qarşılayırlar. Rus hərbçilərinin, hətta Azərbaycan Respublikasının ərazisindəki faktiki varlığını müstəqilliyimizin gələcəyi üçün təhlükə hesab edənlər də var... Siz nə düşünürsünüz bu barədə?
- Cəmiyyətdə bu mövzuda müəyyən narahatlıq var, narazılıq və etiraz da var. Başa düşmək gərəkdir. Sülhməramlı adı altında Qarabağa daxil olumuş qüvvələrin özünü doğrudan da sülh yaratmaq missiyalı bir ordu, yoxsa yeni işğalçı qüvvə kimi aparacağı əsasən Rusiyadan asılıdır. İnsanları hazırda əsas narahat edən məsələlərdən biri də odur ki, Xankəndidə və bəzi digər şəhərlərimizdə qondarma separatçı erməni rejiminin “bayraq” deyilən əski parçası asılmaqda davam edir və Rusiya sülhməramlıları da həmin “bayraq”lar altda separatçılarla görüşlər keçirir. Bəhs edilən məntəqələrdə Azərbaycan qanunları işləmir. Bizim keçmiş Dağlıq Qarabağ ərazisindən qaçqın düşmüş azərbaycanlı vətəndaşlarımızdan heç biri məlum razılaşmaya uyğun olaraq, bu günədək öz doğma yurduna qaytarılmayıb. Əvəzində hər gün minlərlə erməni Ermənistandan Qarabağa qaytarılır. Özü də həmin ermənilərin qayıdışı onların doğrudan da sovet dövründən bəri orada yaşayıb-yaşamamasının Azərbaycanın müvafiq qurumlarının da iştirakıyla araşadırılması aparılmadan həyata keçirilir. Fransadan qondarma “Artsax”ın tanınmasına səs vermiş deputatlar gəlib-gedir Xankəndinə və s. və i.a. Təbii ki, cəmiyyətdə tezliklə bütün bunların qarşısının alınacağına dair bir gözlənti var...
O da məlumdur ki, Rusiya sülhməramlıları, əsasən, ermənilərin çağırışı ilə gəliblər və faktiki olaraq ruslar növbəti dəfə erməniləri xilas edib. Azərbaycan tərəfini narahat edən digər bir ciddi məsələ də Türkiyə ordusu nümayəndələrinin atəşkəsə nəzarət mərkəzinə daxil edilməsi, yəni onların ölkəmizə gəlişi prosesinin xeyli ləngiməsidir...
Əgər rusların bu missiyası stabil sülhün bərqərar olunmasına kömək edəcəksə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin keçmiş Dağlıq Qarabağ ərazisində də tam bərpasına xidmət edəcəksə, nə yaxşı... O halda xalqın da münasibətində dəyişikliklər baş verər...
O da var ki, Rusiya sülhməramlıları torpaqlarımızda Azərbaycanın dövlət başçısı tərəfindən imzalanmış bir sənəd əsasında yerləşiblər. O cümlədən dünyanın bir sıra beynəlxalq təşkilatları, bizimlə müttəfiq olan bir çox ölkələr, eləcə də qardaş Türkiyə tərəfi də məlum 10 Noyabr bəyanatını prinspcə bəyənməsi haqda rəsmi mövqeyini ifadə edib. Bütün bunlar, əlbəttə, Azərbaycan cəmiyyəti tərəfindən nəzərə alınır...
- Azərbaycan Respublikasının Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə və s. şəhər və məntəqələrində milli idarəçiliyimizin, yurisdiksiyamızın bərpası da xalqı çox narahat edən cidd məsələ kimi gündəlikdə durur...
-Təbii ki, bu proses mümkün qədər tezləşməlidir. Əslində indiyədək olmalı idi. Azərbaycanın suverenliyinin bərpası bunları qeydsiz-şərtsiz, apriori nəzərdə tutur. Elə bizi narahat edən məsələlərdən biri də məhz budur. Bu gün təxminən, bir ay keçib məlum üçtərəfli razılaşmanın imzalanmasından... Prinsipcə, Azərbaycanın rəsmi dairələrindən də gələn məlumat odur ki, proses gedəcək. Və suverenliyin bərpası istiqamətində müvafiq addımlar atılacaq... Amma hələlik fakt odur ki, keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisinin xeyli hissəsində Azərbaycanın suverenliyinin pozulması hələ də davam edir...
- Bəzi siyasi şərhçilər deyir ki, proses gedir, sadəcə, səbirli olmaq gərəkdir...
- Əlbəttə, səbir – Allahın adlarından biridir... Xatırladım ki, 1980-cı illərdə Qarabağda münaqişə prosesi yenicə başlayanda da Azərbaycanın o vaxtkı kommunist rəhbərliyi də, həqiqətən hesab edirəm ki, səmimi şəkildə xalqı səbirli olmağa, dözməyə çağırırdı... Təəssüf ki, o zaman proseslərin necə sonuclandığını gördük və yaşadıq... Yəni həmin tarix bizə bir dərs olmalıdır...
- Sabah torpaqlarımızın xeyli hissəsinin azadlığına nail olmuş müzəffər ordumuzun Qələbə paradıdır... Bu haqda ürək sözləriniz?..
- Əlbəttə, Qələbəni qeyd etnək qaliblərin haqqıdır. Hesab edirəm ki, ordumuz bu Qələbə paradını keçirməyi haqq edir. Və bu, bütövlükdə Azərbaycan xalqının da uğurudur, iftixarıdır... Hamımız da bu möhtəşəm mənzərəyə böyük qürur hissi ilə baxacağıq, İnşallah...
Bölməyə aid digər xəbərlər