Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İmişlidə bir qrup polis əməkdaşı təltif olunub

Baxış: 405

İmişlidə 2 İyul – Azərbaycan Polisi Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon Polis şöbəsinin əməkdaşları iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. 

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. 

Çıxışlarda respublikada sabitliyin təmin olunmasında, asayişin və təhlükəsizliyin mühafizəsində, müstəqil dövlətçiliyimizin qorunmasında Azərbaycan polisinin müstəsna xidmətləri olduğu vurğulanıb. Azərbaycan polisinin keçdiyi tarixi yoldan, onun inkişafında, kadrların yetişdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan, Prezident İlham Əliyevin daxili işlər orqanlarına diqqət və qayğısından danışılıb. 

Natiqlər dövlətçiliyimizin möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması kimi müqəddəs işlərində polis işçilərinə uğurlar arzulayıblar.

Tədbirdə xidmətdə fərqlənən bir qrup polis əməkdaşı İmişli Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanla təltif olunub. Daha sonra polis işçilərinə növbəti polis rütbələri təqdim edilib, həmçinin veteran polislərə və xidmətdə fərqlənən polis işçilərinə mükafatlar verilib.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.