Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Prezidentdən Xaçmaz üçün 11 milyon manatlıq SƏRƏNCAM

Baxış: 275


Xaçmazda 11 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə 11 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezidentdən Xaçmaz üçün 11 milyon manatlıq  SƏRƏNCAM


Prezident İlham Əliyev Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sahibkartv.az xəbər verir ki, Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 kilometr)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11 milyon manat ayrılıb.

Sərəncamdan irəli gələn məsələlərin həlli Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə həvalə edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.