"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi 2022-ci ili 6 milyon 133 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Gəncə Avtomobil Zavodu” 2021-ci ili 2 milyon 22 min manat, 2020-ci ili 7 milyon 396 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Birliyin xalis mənfəəti 3 dəfədən çox artıb.
Sahibkartv.az Birliyin konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il "Gəncə Avtomobil Zavodu"nun satışdan gəlirləri 156 milyon 81 min manat təşkil edib. 2021-ci ildə “Gəncə Avtomobil Zavodu”nun satışdan gəlirləri 84 milyon 867 min manat olmuşdu. Beləliklə ötən il Zavodun satışdan gəlirləri 84% artıb.
Əlavə edək ki, 2023-cü ildə "Gəncə Avtomobil Zavodu"nun traktor istehsalı kəskin artıb.
31 Dekabr 2022-ci il tarixində "Gəncə Avtomobil Zavodu" İB 88 milyon 742 min manat cəmi aktivlərə malik olub. Zavod 2021-ci ilin sonunda 97 milyon 722 min manat cəmi aktivlərə malik idi.



































