Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda 10 faydalı qazıntı yatağı hərracda istifadəyə verilib

Baxış: 378



İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirib.
"Sahibkartv.az" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, hərracda 10 faydalı qazıntı yatağı - Abşerondakı “Qızılburun” (2 ha) və “Şıxzərli” (3,6 ha), Ağstafadakı “Ağstafaçay” (5,7 ha), Göygöldəki “Qızılca” (12 ha), İsmayıllıdakı “Bilistan-II” (5 ha), “Təzəkənd” (5 ha), “Göyçay-I” (5 ha), Şabrandakı “Dəvəçiçay” (1,8 ha), Qubadakı “Qonaqkənd” (73 ha), “Qoxmazoba” (8 ha) yataqları istifadəyə verilib.
Hərracın qalibləri ilə bu keçiddən tanış olmaq mümkündür: https://clck.ru/34uYij

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.